Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?

Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?

 

Bu günlərdə  mətbuatda maraqlı bir məlumata rast gəldim. Əslində bu material mənə tanış idi. Amma   sensasiya naminə yenidən gündəmə gətiriləm mövzu oxuculara tapıntı kimi təqdim olunurdu.  Məlumatı olduğu kimi təqdim edirik.

"Mərkəzi Elmi Kitabxanada  1919-cu ilə aid “Milli nəğmələr” kitabı saxlanılır.

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tərcüməçi, naşir Ağa Həsən Mirzəzadənin (Kitabın üz qabığında ancaq soyad  yazılb-N.N.) topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Kitab 1919-cu ildə Bakıda İran Elektrik mətbəəsində çap olunub.  Kitabda A.Səhhət, M.Ə.Sabir, M.Hadi, H.B.Zərdabi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini istiqlal şairi Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və "CAMO bəy" (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib. Azərbaycan dövlət himninin mətn müəllifi ilə bağlı fərqli fikirlər mövcuddur. Alimlər arasında müzakirə doğuran məsələyə  müxtəlif yanaşmalar var. Bu kitabın mövcudluğu – himnin mətn müəllifinin Əhməd Cavad olması mövqeyindən çıxış edənlərin fikrini təsdiq edir.

Ərəb qrafikalı əlifba ilə yazılmış kitab Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda mühafizə olunur.  Kitab MEK-in elektron kataloquna salınıb və rəqəmsallaşdırılaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib".  Xəbərdə "Milli nəğmələr" kitabının üz qabığı da, 1919-cu ildə təb' olunmuş bu kitabın 22-ci səhifəsindəki bir şeirin təqdimatı da diqqəti cəlb edir.  Kitabın üz qabığını verilmiş şəkildən diqqətlə oxuyuruq.

Milli nəğmələr  Came (toplayanı və cəm edıəni-N.N.) və naşıri Mirzəzadə

Qiyməti ( ?  -şəkildə oxunmur-N.N.)   manat

Bakı  1919

 

Xəlq təbii məfhuzdır (Xalq təbii  qoruyub saxlayandır-N.N.)

____________________________________________________

 

İran elektriq mətbəsində təb' olundu

 

VƏTƏN MARŞI vətən marşı

Azərbaycan, Azərbaycan...

Ey qəhrəman övladın şanlı vətəni.(2)

Səndən ötrü can verməyə cümlə hazırız.

Səndən ötrü qan tökməyə cümlə qadiriz.

Üçrəngli bayrağınla məsud yaşa. (2)

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu,

Hüququn dərk edən əfrad

Hərə bir qəhrəman oldu.

Sən olasan gülüstan, sənə hər dəm can qurban.

Sənə bir çox məhəbbət sinəmdə tutmuş məkan.

Namusunu hifz etməyə, bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır. 

Şanlı vətən.

Cəmo bəy

************

 

Yadıma iki il bundan əvvəl "Sənət.az" saytının "Ustad" jurnalında çap olunmuş bir yazı düşdü.İnternetdə bir az axtarandan sonra tapdım. Bu yazıi əslidə mənim mətbuatda dərc olunmuş "Tarixdə izi və sözü  qalanlar adlı yazımla ilgili materiallardan biri idi. Mən öz yazımda görkəmli alim,metodist, pedaqoji hekayələr müəllifi, "Cəmo bəy" imzası ilə şeirlər yazan Cəmo Adil oğlu Cəbrayılbəylinin (19.01.1887,Şamaxı-30.07.1965,Şamaxı, Çuxuryurd kəndi)  həyat və fəaliyyətini  şıqlandırmış,söz içində onun  siyasi lirikasından bəhs etmiş, pedaqoji ictimaiyyəti görkəmli maarifçinin 130 illik təvəllüdünü  təntənə ilə   geniş şəkildə qeyd etməyə çağırırdım.Yazıya müəllifin  "Yeni yıldız" jurnalının 1922-ci ildəki 1-ci mömrəsində  "CƏMO bəy" imzası ilə dərc olunmuş   dörd bəndli  bir dördlüyünü də əlavə etmişdim.

Görünür,bu yazı  bəzi tədqiqatçıların dedikləri ilə üst-üstə düşmədiyindən  kimlərisəq ıcıqlandırmışdı. Qəzetlərin birində hətta məni dialoqa çağıran bir professorun yazısına da rast gədim. Mən yaxşı niyyətlə yazdığım yazıya inandığıma görə məsələni dərinləşdirmədim və dialoqa getmədim.  2 ildən  sonra "Ustad" jurnalında çap olunan məqaləni oxuyanda təmkinimi pozmadan mənə məlum olan faktları yenidən gündəmə gətirməli oldum. Müəllif polemik bir sualla oxuculardan soruşur:

Əhməd Cavad Dövlət Himnimizin müəllifi deyil?

Maraqlı sualdır.İndi çoxlarının demədiyi maraqlı bir materialla tanış olmaq məqsədilə yazını oxumağa məcbur oldum.Yazının müəllifi qiyabi tanıdığım professor Alxan Bayramoğludur.Maraqlı məqalə və monoqrfiyaları ilə tanışam. Kitanları kitab şkafımın yaxşı görünən , asan tapılan yerindədir.

Müəllif narahatdır. Narahatdır,  ona görə ki, himnimizin mətn müəllifi inssanlara düzgün tanıdılmır. Professorun yazısından məlum olur ki, 1992-ci ildə himnin mətn müəllifi  səhv göstərilib. Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyasında da müzakirə edilib, lakin bu geniş müzakirənin atribusiya məsələsini  dügün həll etməyə gücü çatmayıb. Mətn  guya - CAMO 

(Cəmo bəy Axundov Məhəmmədəli Oğlu kimi düşünənlər-N.N.) təxəlüsü ilə şeirlər yazan istiqlal şairimiz Əhməd  Cavadındır.

 A.Bayramoğlu ilk baxışdan maraqlı görünən yazısında himnin mətn müəllifinin  müəyyənləşdiriməsi yolunda maraql incələmələr, paralelr gətirsə də, fikrini  dəqiq aydınlaşdırmağa  çətinlik  çəkmişdir.Onun Cəmo Cəbrayılbəyli haqqında dediyi sözlər də həqiqəti əks etdirmir:

 

"C.Cəbrayılbəyliyə gəlincə, o nə belə şeirlər yazıb, nə də “Cəmo bəy” imzasından istifadə edib".

Məsələ burasındadır ki, Cəmo Adil bəy oğlu Cəbrayılbəyli "CƏMO BƏY" imzası ilə şeir yazıb.Bu şeirlərdən biri  "Yeni yıldız" jurnalının 1922-ci ildəki 1-ci nömrəsində dərc olunan "Sənsən" adlı dörd bəndlik dördlükdür.  Maraqlıdır ki, bu nömrədə "Sənsən" şeirindən əvvvəl Cəmo bəy Cəbrayıbəylini adının və soyadının tam göstərildiyi bir elmi-publisistik məqaləsi də var.   

Alxan müəllim məzkur (haqqında söz açılan) şeirin Hacınski Cəmo bəy Süleyman oğluna aid olduğunu qətiyyətlə bildirir və AXC Ensiklopediyasına da əsaslanmğı vacib sayır.Ensiklopediyada oxuyuruq:

HACINSKİ  Camo bəy Süleyman oğlu (14.6.1888, Quba - 1942, Rusiya, Kirov vil., Vyatka) - ictimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas. Mehdi bəy Hacınskinin qardaşıdır. Peterburq  Universitetinin hüquq fakültəsini  bitirmişdir (1912). 1907-15 illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olmuşdur.  1915-17 illərdəBatum  vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-18) dövründə zərər çəkənlərə yardım edən  müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. " Nicat" mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin (1916) və Azərbaycan arxeoloji cəmiyyətinin  (1917) yaradıcılarından olmuşdur.  (Səh. 440). 1917-ci  ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri  vəzifəsinə təyin edilmişdir.  Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (1918, 26 may) sonra isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. Hacınski Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi Məbusanının təsisi  haqqında qanun"un1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi.i icra etmiş,  4-cü və 5-ci hökumət kabinələrində (1919 aprel -20 mart) poçt və teleqraf naziri vəzifəsindəçalış mış, Respublikada  rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. Hacınski "Türk yurdu" cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxumuş (1918), Azərbaycan və s. mətbuatında "Qubalı" imzası ilə çıxış etmişdir. Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy  Vəzirov vəb. haqqında məqalə və resenziyalar yazmışdır. ―Milli nəğmələr" kitabçalarında (1919-20) şeirləri dərc  olumuşdur.Maraqlıdır ki, bu mətbu orqanlarda C.M.Hacinskinin  Cəmo bəy təxəllüsü ilə şeirlər yazdığı göstərilmir. Halbuki AXC Ensiklopediyasında ( I cild,səh.303) himimizim sözlərinin müəllifi kimi Cəmo bəy Hacinski deyil,Cəmo bəy  Cəbrayılbəyli olduğu açıq şəkildə yazılmşdır. Cəmı Cəbrayılbəyli haqqında   həmin söz-lüğəti   ensiklopediyadan oxuculara olduğu kimi kimi çatdırırıq:

"CƏBRAYILBƏYLĠ Cəmo Adil oğlu (29.1.1887, Şamaxı - 30.7.1965, Şamaxı rayonunun Çuxuryurd k.) -maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı şəhər məktəbini bitirmişdir (1901). 1908-ci ildən pedaqoji fəaliytə başlamış, Şamaxı (1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli  və Zülfüqar bəy Hacıbəyli Şamaxıda "Nicat" maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə 1915 ilin yayında Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoymuşlar Bakı mətbuatında, əsasən, "Məktəb" jurnalında uşaq pyesləri, hekayələr,şeirlərdərc etdirmişdir. Ağalı bəy Naseh, Mirzə Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost olmuşdur. "Cəmo" imzasıyla şeirlər yazmışdır (Azərbaycan Respublikasının hazırkı himninin mətninin müəllifinin Cəmo  Cəbrayılbəyliyə məxsus olması fikri də var; belə ki, 1919-cu  ildə Bakıda dərc edilən nəğmələr" kitabındakı "Vətən marşı"şerinin mətni indiki himnin sözləri ilə eynidir. Şerin sonunda isə "Cəmo bəy" imzası qeyd olunmuşdur). Cəbrayılbəyli 1922 ildə orta məktəb müəllimləri hazırlayan ali pedaqoji kursları bitirmiş, "Zükur" darülmüəlliminə (pedaqoji texnikumuna) müəllim, sonralar dərs hissə müdiri təyin edilmişdir (1922-31).

 

1931 ildə Azərbaycan Pedaqoji İnstitutuun biologiya fakültəsini bitirmiş, 1932-37 illərdə Sənaye Akademiyasında  (Bakı), Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, 1938-64 illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1942 ildə namizədlik dissertasiyası müdafiəedərək, pedaqoji elmlər namizədi, dosent adı  almış, elə həmin il Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür. Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlanmasına və tərbiyə olunmasına böyük əmək sərf etmişdir. O, bir sıra dərsliklərin ("Təbiətə ilk addım", Müxtəsər nəbatat", "Heyvanat dərsləri" və s.), 30-dan çox elmi-metodik kitab və kitabçanın müəllifidir. "Şərəf nişanı" ordeni və bir çox medallarla təltif edilmişdir. 1964 ildə fərdi təqaüdə çıxmışdır.  Şamaxıda "Şahixəndan" qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir". O ki qaldı Cəmonu "Camo" ( "Cavad Axundov Məhəmmədəli oğlu" kimi oxuyanlara ),burada məsələ bir az qəlizləşır.Ərəb  əlifbalı yazıda CAMO kimi yazılış forması yoxdur.Bu söz üç hərflə yazılır-cim,mim,əlif-CƏMO.

Təbii ki Əhməd Cavad soyadını ƏXUNDOV yazmazdı. Mən də  professor Alxan Bayramoğlu kimi o fikirdəyəm ki,himnimizin sözlərinin müəllifi düzgün göstərilməlidir. Alxan Bayramoğlundan fərqli olaraq, mən himnimizim mətn müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu düzgün hesab edirəm. Bunun bir sıra inandırıcı və düşündürücü məqamları da var. Cəmo Cəbrayılbəyli həm AXC dövründə, həm  də sonralar  "Milli nəğmələr" kitabının camesi və naşıri Mirzəzadə ilə, eləcə də Azərbaycan Xalq Maarif Komissarlığınnın  xətti ilə  dərslik və uşaq mətbuat orqanlarında milli təhsil və milli mətbuat sahəsində çalışanlarla  uğurlu əməkdaşlıq etmişdir.

.

 

 

16 Aprel 2018 09:21
http://strategiya.az/?do=xeber&id=119242