Allahın mesajı barədə qısa nəsihət

Allahın mesajı barədə qısa nəsihət

 

  Kim özündə deyilsə onlar fikir verməsinlər. Özündə olanlar sizə bir tövsiyəm var. Qəlbinizin yumşalmasını, təmizlənməsini, incəlməsini, rahatlıq tapmasını, zövq almasını, daima xoşbəxtçilik içərisində olmanızı istəyirisnizsə Allaha təslim olun, Allaha iman edin, imanın əsaslarını öyrənib maraqlanın. Ərəb-dilini öyrənib Qurani Kərimin mənasını başa düşərək oxuyun. Hər gecə Vaqiə surəsini oxuyun. Elə indi açıb oxuyun. O surədə özünüzün yerinizi müəyyən edin. Baxın görün siz hansı tərəfin adamısız. Mən onun ərəbcəsini, mənasını dərk edərək oxuya bilmirəm. Dəhşətli dərəcədə yerimi mənə göstərir. Qorxuram. Çünki, orada öndə gedənlər, sağ tərəf sahibləri, sol tərəf sahibləri geniş şəkildə izah olunur. Qurani Kərimin hər bir ayəsini mənasını dərk edərək ərəb-dilindən oxumaq insana kim olduğunu göstərir. Sizi yaradanın mesajına diqqət edin. Allahdan qorxun. Səhlənkar olmayın! Özündə olmayanlar belə özlərinə gəlsinlər. Özünüzü uçurumda saxlamayın. Heç nə gec deyil. Uçuruma yuvarlanan insan ölməmək üçün əlini nəyəsə atmağa cəhd etdiyi kimi siz də Allaha tövbə edib özünüzü düzəldin. Allahın sizə göndərdiyi mesaja diqqət edin. Açın Qurani Kərimi oxuyun, dilini öyrənin, düşünün. Sizin buna böyük ehtiyacınız var. Özüm isə.. Mən isə... Sizə nəsihət etsəm də özümün buna daha çox ehtiyacım var.

.

 

 

20 Noyabr 2014 15:12
http://strategiya.az/?do=xeber&id=19626